Zərərçəkmiş: “Ermənilər məni diri-diri yandırmaq istəyirdilər” - "O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı"
23-06-2021 [13:24]
“1997-ci ildə hərbi xidmətə çağırılmışam, həmin il ermənilərə əsir düşmüşəm”.
Bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Elşən İslamov deyib.
O bildirib ki, Gədəbəy rayonunda postda olarkən əsir götürülüb: “Bu zaman özümdən getdim. 1999-cu ildə Yerevanda təcridxanada idim, gəlib məni apardılar. Bir otağa saldılar, orda Mkrtiçyan Lüdvik gəldi mənimlə söhbət elədi. Dedi ki, ad soyadını dəyişib. Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Bildirdi ki, Ermənistanda mənim üçün hər cür şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtiçyan mənə amansız işgəncə verdi. Sonra məni Şuşa türməsinə güllələnməyə apardılar. Rəssam idim, erməni zabitinin şəklini çəkmək üçün bir vərəq gətirdilər. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.
Şahid deyib ki, ermənilər onu diri-diri yandırmaq istəyiblər: “Qış idi, məni erməni əsgərlərə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar aparırlar. Yenidən döyməyə başladılar. Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılanda Şuşa türməsində olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlılar var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşənik. Betonun üstünə su tökürdülər, biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gələndə gördü ki, bizim yatmağa pastelimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. “Geriyə dön” dedilər. Dönəndə bizim postumuzu gördüm. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar. Amma bizimkilər məni vurmadılar”.
E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa türməsində işgəncələr verib: “O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”/Report.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli