Xankəndidə gərginlik: "Separatçı Araik Arutyunyanı devirmək istəyirlər" - "Bu, Paşinyan üçün pis ssenaridir"
22-06-2021 [15:25]
"Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Köçəryan hazıra öyrəşib:
"Köçəryanı əvvəlcə Qarabağda separatizmin başına gətirdilər, bir müddət sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onu Ermənistanda baş nazir təyin etdi. Köçəryan bir il keçməmiş Levon Ter-Petrosyanı devirərək prezident kürsüsünü qapazladı.
Köçəryan seçkidə məğlubiyyətinin əvəzində indi də Xankəndini qarışdırmağa başlayıb. Onun Qarabağdakı adamları digər separatçı Araik Arutyunyanı devirmək istəyirlər.
Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Köçəryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar. Bu, Paşinyan üçün pis ssenaridir. Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutyunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Köçəryan kimisini Xankəndidə oturtsalar, ermənilər arasında nifaq daha da dərinləşəcək.
Bizə gəldikdə Xankədidəki hadisələri kənardan seyr etmək məcburiyyətindəyik. Köçəryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyandır.
Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün “yaxşı separatçı” və ya “pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurmanın güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik".
Mia.az
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli