Bakıda biznes mərkəzində intihar edən 22 yaşlı gəncin son sözü: "Möhkəm olun, mənə görə pis olmayın" - FOTO

img

22-06-2021 [11:39]


Bakıda “Azure” biznes mərkəzində gəncin intihar etdiyi məlum olub.

Mia.az Report-a istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

***

Bakıda “Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.

Məlumata görə, binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü Elvin Məmmədov adlı şəxsin yıxıldığı ehtimal edilir.

Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aprılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA