“Nar” komandası “Breyn Rinq” yarışının çempionu olub

img

21-06-2021 [15:49]


 “Breyn Rinq” yarışının 17-ci mövsümündə 16 komanda arasında gedən gərgin mübarizə nəticəsində “Nar” komandası mövsümün çempionu olub.

Mia.az xəbər verir ki, final oyunda mobil operatorun dəstək olduğu “Nar” komandası “Kapital Bank” komandası ilə mübarizədə qalib gəlib.

Qeyd edək ki, builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda mübarizə aparıb. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçirilib və televiziya tamaşaçıları “Nar”dan hədiyyə qazanıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA