Avropa çempionatı: Fransa millisi Macarıstanla sülhə razılaşdı

img

19-06-2021 [18:58]


Bu gün Avropa çempionatının F qrupunda Fransa millisi Macarıstanla qarşılaşıb.

Mia.az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyun sülhlə bitib - 1:1.

Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib. Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR