Nəsimi rayonunda şəhidin ailəsinin mənzili və yaşadığı binanın həyəti əsaslı təmir olunur - FOTOLAR

img

18-06-2021 [19:42]


Nəsimi rayonunda Vətən Müharibəsinın şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Mia.az xəbər verir ki, şəhid ailələri və əlilləri mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı binanın həyətində abadlıq-quruculuq , eyni zamanda şəhid ailəsinin yaşadığı 20 Yanvar küçəsi ev 9 mənzil 45-də əsaslı təmir işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq təmi işləri aparılan binanın fasadında əsaslı təmir işlərinin aparılması, yağış suların axıdan borular və navalçaların, blokların qapı və pəncərələrin yenisi ilə əvəz olunması,binanın həyətində sakinlarin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətğahların,oturacaqların.müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulub. Binanın həyətində yeni asfalt örtüyünün vurulması, tamet daşlarının döşənməsi və yeni bardürlərin qoyulması həyata keçiriləcəkdir.Eyni zamanda təmir başa çatdırıldıqdan sora binanın giriş hissəsinə şəhidin bareliyefi vurulacaqdır.

Həyata keçirilən abadlıq işləri ilə yanaşı şəhid ailəsinin yaşadığı ciddi təmirə ehtiyacı olan 2 otaqlı 45 saylı mənzilinin əsaslı təmirinə başlanıldı.

RİH başçısı və rayon İcra Hakimiyyətini məsul işçiləri qeyd olunan ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ və keyfiyyətlə həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA