İşçi Qrupu toplandı: yeni Fəaliyyət Proqramı hazırlanıb
18-06-2021 [18:25]
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda xüsusi olaraq qeyd edildi ki, işğaldan azad edilmiş ərazilərin müasir çagırışlar nəzərə alınaraq və ən yeni texnologiyalar tətbiq edilməklə kompleks bərpası məqsədilə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ümumi kurs, imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar əsas götürülərək nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr icra edilməkdədir.
Belə ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına qısa müddətdə reinteqrasiyası baxımından ərazi daxilində, eləcə də ərazi ilə digər regionlar arasında beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu qurmaqla kommunikasiyaların bərpası, bu sahədə regional əməkdaşlığın genişləndirilməsi və bölgənin tranzit potensialının gücləndirilməsi olduqca vacibdir.
Bu məqsədlə həmin ərazilərdə işğala qədər mövcud olmuş avtomobil və dəmir yollarının, eləcə də hava limanlarının bərpa edilməsi və tələbata uyğun olaraq yenilərinin tikintisi üzrə hazırda icra edilən prioritet layihələr üzrə aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilib, layihələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
İclasda həmçinin qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli inteqrasiyası üçün magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, müasir tələblərə uyğun mobil və sabit telekommunikasiya şəbəkələrinin qurulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında keyfiyyətli və fasiləsiz telefon, internet, radio-televiziya yayımı, poçt-maliyyə və s. xidmətlərinin təşkil edilməsi, efirə radionəzarətin və efir məkanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək. Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı” hazırlanıb, aidiyyəti İşçi Qrupların, eləcə də qurumların rəyləri nəzərə alınaraq İdarələrarası Mərkəzə təqdim edilib və müvafiq qaydada icraya götürülüb.
İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI