Laçında həlak olan baş leytenant Tovuzda dəfn edilib - FOTOLAR 

img

17-06-2021 [20:04]


Dövlət Sərhəd Xidmətinin (DSX) dünən Laçın rayonunda baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.

Məlumata görə, hərbçi bu gün Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, DSX-nin yol qəzasında ölən digər hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu bu gün Şəki rayonunun Şəki kəndində dəfn olunub/APA.

DSX-dan verilən məlumatda Laçında baş verən yol qəzasında ölən hərbi qulluqçulara şəhid statusu veriləcəyi açıqlanıb.

Xatırladaq ki, iyunun 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA