Mədət Quliyevdən yeni - Təyinatlar

img

17-06-2021 [18:09]


Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, zavoda rəhbərlik Rasim Gözəlova həvalə olunub.

Bildirilib ki, o, bundan əvvəl nazirliyə məxsus “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC-nin direktoru olub. R.Gözəlovun yerinə isə Maarif Bağırov gətirilib.

Yeni direktor paralel olaraq Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir, yaxın vaxtlara qədər isə nazirliyə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru olub. Hazırda bu zavoda Sübhan Süleymanov rəhbərlik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA