Rəsmi Moskvdan Əliyevlə Ərdoğanın imzaldığı bəyannaməyə reaksiya: "...qarışdırmağı düzgün hesab etmirik"

img

17-06-2021 [17:50]


“Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik. Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibət bildirərkən deyib.

“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə İrəvan arasında, o cümlədən İrəvan-Ankara dialoqunun normallaşmasına yönəlmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb/APA.

Zaxarova əlavə edib ki, Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir: "Xarici İşlər və Müdafiə nazirlikləri, Sərhəd Xidməti xətti ilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Ümumilikdə son həftələrdə gərginliyin azalmasına nail olunub. Sərhədyanı mübahisə ilə bağlı müvafiq məsləhətləşmələr davam etdiriləcək. Problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük”.

XİN sözçüsünün sözlərinə görə, Rusiya iyunun 12-də Azərbaycanın 15 nəfər Ermənistan vətəndaşını İrəvana təhvil verməsini alqışlayır. O, əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinin hansısa bir şərt irəli sürmədən yekunlaşmasına tərəfdar olduqlarını bildirib: “Bununla yanaşı, biz digər humanitar problemlərin də həllini vacib hesab edirik. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsini və minalanmış ərazilərin xəritələrinin verilməsini... Bizim bu istiqamətdə səylərimizdən sizin xəbəriniz var”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA