Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub,  ölən yoxdur - Qərargah son məlumatı yaydı

img

17-06-2021 [17:12]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, ötən gün ölüm faktı qeydə alınmayıb:

"Bununla da indiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. 1 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA