AVRO-2020: İtaliya 1/8 finala çıxdı

img

17-06-2021 [08:01]


Futbol üzrə Avropa çempionatında ilk 1/8 finalçı müəyyənləşib.

Mia.az xəbər verir ki, A qrupunun II turunda Romada İsveçrə yığmasına 3:0 hesabı ilə qalib gələn İtaliya millisi pley-offa vəsiqəni təmin edib.

"Olimpiko" staionunda keçirilən görüşdə ilk iki qolu Manuel Lokatelli vurub. Əvvəlcə 26-cı dəqiqədə fərqlənən "Sassuolo"nun 23 yaşlı yarımmüdafiəçisi 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Çiro İmmobile qoyub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Roberto Mançininin baş məqçi olduğu kollektiv qrupdakı son oyunun nəticəsindən asılı olmayaraq, növbəti raunda adlayıb.

Qeyd edək ki, A qrupunun digər matçında Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels yığmasına 0:2 hesabı ilə uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA