Tibbi maska, sosial məsafə, minimum 15 dəqiqə fasilə və... - Hazırlıq kursları ilə bağlı yeni tələblər + SİYAHI

img

16-06-2021 [18:54]


Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir.

Mia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair" metodiki göstərişlərdə məlumat verilib.

Bildirilib ki, hazırlıq kurslarında əyani dərs zamanl isə aşağıdakı qaydalar mütləqdir:

Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda
keçirilməlidir;

- Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;

- Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

- Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;

- Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

- Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR