"Beşiktaş"ın prezidenti Bakıya gəlib

img

16-06-2021 [18:01]


Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi Bakıya gəlib.

Məlumata görə, 62 yaşlı funksioner "ay-ulduzlular"ın Bakı Olimpiya Stadionunda Uelsə qarşı AVRO-2020-nin A qrupunun II tur matçını tribunadan canlı izləyəcək.

Türkiyənin "Kayserispor" və "Kocaelispor" klublarının prezidentləri Berna Gözbaşı ilə Engin Koyun da eyni səbəbdən hazırda Azərbaycan paytaxtındadırlar.

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR