“Şadam ki, fəal dəstəyim və ABŞ-ın dövlət katibinin müavininin iştirakı ilə Azərbaycan 15 ermənini azad edib" - Gürcüstanın Baş naziri

img

12-06-2021 [20:52]


“Şadam ki, fəal dəstəyim və strateji tətəfdaşımız – ABŞ-ın dövlət katibinin müavini Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi Ermənistanın 15 vətəndaşını azad edib və onlar Gürcüstan ərazisi vasitəsilə öz ailələrinə geri dönüblər”.

Bunu Gürcüstanın baş nazir İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın fəal iştirakı Ermənistanın Azərbaycan tərəfinə minalanmış ərazilərlə bağlı vacib materialları təqdim etməsinə də imkan verib.

Hökumət başçısı Azərbaycan və Ermənistanın qərarlarını alqışlayaraq qeyd edib ki, bu, uzunmüddətli perspektivdə əməkdaşlıq atmosferinin yaradılması üçün zəmin olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub