Gürcüstanda azərbaycanlılarla svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb

img

12-06-2021 [00:47]


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.

Polis ikisi keçmiş məhkum olmaqla dörd şəxsi “isti izlər”lə yaxalayıb. Faktla bağlı iki və ya daha artıq şəxsə qarşı qrup halında zorakılıq maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 2 ilədək müddətə həbs cəzası gözləyir.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, insident yerli azərbaycanlılar və svanlar arasında baş verib. Saxlanılan şəxslərin svan əsilli ekomiqrantlar olduğu bildirilir.

Qeyd edək ki, Dmanisidə azərbaycanlılar və svanlar arasında son insident mayın 16-da baş verib. Növbəti gün tərəflər arasında barışıq əldə olunmuşdu və rayonda gərginlik aradan qaldırılmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA