Prezident İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirillə başsağlığı məktubu ünvanlayıb

img

11-06-2021 [13:17]


Prezident İlham Əliyev və Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA