Deputatlardan MM-dən tələb: "Pensiya yaşını aşağı salmaq lazımdır, müavinətlər qalxmalıdır” - "Nəqliyyat və kommunal sahədə qiymətlər artıb”

img

11-06-2021 [12:38]


“Hazırda müharibə veteranları 80 manat müavinət alırlar. Bu 80 manat veteranlara kommunal xərclərinin ödənilməsi üçün verilir. Ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Ona görə təklif edirəm ki, müharibə veteranlarına kommunal ödənişlər üçün verilən müavinət 80 manatdan 130 manata qaldırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik”, - deputat vurğulayıb/Report.

***

“Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

Mia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim”, - deputat vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA