Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçiriləcək

img

11-06-2021 [12:29]


Bu gün və iyunun 17-də Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçiriləcək.

Mia.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə bu gündən etibarən başlayır.

Uçuş bu gün Bakıdan Londona saat 12:30-da həyata keçiriləcək, təyyarə gecə 3:30-da Bakıya eniş edəcək. Növbəti reys 17 iyun tarixində həyata keçiriləcək və təyyarə 13:00-da Bakıdan qalxacaq, gecə 3:30-da Bakıya eniş edəcək.

Qeyd edək ki, iyulun 3-də Bakı-London-Bakı marşrutu istiqamətində müntəzəm reyslərin həyata keçirilməsi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA