"Bir parça həyat", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Kişilər az yaşadı"... - Aqşin Babayev haqda nələr bilirik? (FOTOLAR)
10-06-2021 [17:33]
Ömrünün son illərində "Ən böyük arzunuz nədir?" - sualına Aqşin Babayev belə cavab vermişdi: "Yaşamaq! Ömür çox qısadır. Keçmişə baxanda hər bir hadisə mənə dünən olubmuş kimi gəlir. Nazim Hikmət demişkən “Yaşamaq gözəl şeydir, qardaşım”.
Buruq saçlı bir oğlandım, dünəndi,
Birdən-birə saçıma qar ələndi.
Ömrüm-günüm ağ dumana bələndi,
Haradan gəldi, hara getdi bu illər?!...
Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri işləmiş filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycan SSR Əməkdar jurnalisti Aqşin Babayevin xatirə günüdür.
Hörmətlə xatırlayaq.
Aqshin Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb.

Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib.
Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən "Körpü"dür.
O, radioya rəhbərlik etdiyi vaxtlar "Araz" radiostansiyasının verilişləri səhər erkən efirə çıxdı. "Səhər" proqramı fəaliyyətə başladı. Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik etdi, mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də Aqşin Babayev olub. O, bu vəzifədə 15 il işləyib. Kütləvi informasiya vasitələri ilə sıx əlaqə yaratmış, MM-in nəşri olan "Qurtuluş", "Tariximizin faciəli səhifələri: soyqırımı", "Heydər Əliyev və Azərbaycan parlamenti", "Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar", "Müstəqil dövlətimiz və parlamentimiz" yazıları ilə tanınmışdı. Onun parlament nümayəndə heyətlərinin tərkibində Fransaya və Səudiyyə Ərəbistanına səfərlərindən hazırladığı reportajlar, Türkiyə və İsveçrədən yazdığı publisistik qeydləri maraqla oxunurdu. 1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. 1993-cü il iyun ayının 15-dən oktyabr ayının 3-nə qədər, yəni H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən günədək Onun Mətbuat katibi olub.

Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb. "Həmişəbahar", "Bir parça həyat", "Ağ ulduzlar",
"Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz gülləsi", "Dünyanın axırı" adlı kitabların müəllifidir. "Kişilər az yaşadı" kitabı isə Moskvanın "Sovetski pisatel" nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Yaxın günlərdə 10 cilddən ibarət "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb.Onun dövri mətbuatda işıq üzü görən və kitablarında toplanmış oçerkləri, reportajları, məqalələri yüzlərlədir. Niyaziyə, Q.Qarayevə, M.İbrahimova, Nazim Hikmətə, Ə.Məmmədxanlıya və başqa yazıçı və mədəniyyət xadimlərinə həsr etdiyi portret yazıları oxucular tərəfindən maraqla qarşılanmışdı. A.Babayevin jurnalist yaradıcılığında Heydər Əliyevə, onun davamçısı Prezident İlham Əliyevə dərin rəğət hissləri xüsusi yer tutur. "Heydər Əliyevin jurnalistika məktəbi", "Qurtuluş davam edir", "Allah sizi Azərbaycanımız üçün qorusun", "Heydər Əliyev haqqında düşüncələr", "Hamımızın olan Azərbaycanı sevin" portret oçerkləri müxtəlif qəzet və jurnallarda çap olunub, oxucu rəğbəti qazanıb.
Aqşin Babayev həm də şairdir. Yeddinci sinifdə oxuyanda "Bahar" adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. Şeir kitabına xalq şairi Fikrət Qoca ön söz yazıb. Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Xilaskar" və "Oğul" pyesləri Heydər Əliyevə həsr edilib.

Aqşin Babayevin elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. "Nazim Hikmətin yaşamı" adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür. O, 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Yetirmələri "Azərbaycan", "Zerkalo", "Ayna" qəzetlərində, müxtəlif teleradio kanallarında çalışırlar. O, 30-dan artıq xarici ölkə filmini dilimizə çevirib. "Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü" (A.Kazımzadə ilə birlikdə), "Kino...kino", "Kino sənətinin təməl daşı" kitablarını sənətsevərlər maraqla qarşılayıblar. İtalyan dramaturqu Terensinin "Qardaşlar", türk dramaturqu Haldun Tanerin "Kemanlı Əli dastanı" pyeslərini, Əziz Nesinin hekayələrini dilimizə çevirib.
Onun çoxşaxəli yaradıcılığı haqqında Mirzə İbrahimov, Qulu Xəlilov, İrfan Ünver Nəsrəddinoğlu, Həmid Araslı, Əli Tudə və başqa ədəbiyyat, incəsənət xadimləri məqalələr yazmışlar.
Attestasiya Komissiyası Ekspert şurasının üzvüdür. A.Babayev Yazıçılar Birliyi (1978) və Jurnalistlər Birliyinin (1961) üzvüdür. 35 bədii və elmi kitabın müəllifidir. Kitabları - “Kişilər az yaşadı” (1986) Moskvada, “Nazim Hikmətin yaşamı” (1989) və “Əyri gözlük” (2016) Berlində, “Nazim və Azərbaycan” (2012) İzmirdə, hekayələri Amerikada, Türkiyədə, İraqda, Moldovada, Gürcüstanda nəşr olunmuşdur. Türkiyədəki Nazim Hikmət Kültür və Sanat Vakfının fəxri üzvüdür.

Aqşin Babayevin son kitablarında biri "Göyərçinlər öpüşür” çox böyük maraqla qarşılanmışdır
Bu, müəllifin sayca 40-cı, o cümlədən, rus dilində çıxan 4-cü kitabıdır.
Kitabda müəllifin “Kişilər az yaşadı”, “Qırxıncı illərin uşaqları”, “Dalan” povestləri və hekayələri verilmişdir. Əsərləri rus dilinə xalq yazıçısı Natiq Rəsulzadə, moskvalı mütərcim Yelena Medvedyeva və yazıçı-tərcüməçi Aytən Aqşinqızı çevirmişlər. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oqtay Həmidovdur.
A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.
Aqşin Babayev uzun sürən xəstəlikdən sonra 10 iyun 2020-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!

Yanmadım mən
Güldü qəlbim...
Bir imtahan oldu
gördüklərim
Pəncərədən tullanıb
qıçlarını sındıranlara
güldük biz...
Mən və Sən
Ölmədik heç birimiz!
Ölüm nədir ki, qorxaq
ondan,
Qorxaq bu kasıblıqdan,
həsrətdən,
möhnətdən,
Qəm yükünü daşımaqdan,
Xoş gün həsrətilə yaşamaqdan...
Qəpik-qəpik saymaqdan,
əziyyətdən cana doymaqdan,
Əzabdan, xəstəlikdın, zülümdən...
Mən bunlardan qorxmuram...
Mən qorxuram
ölümdən sonrakı ölümdən...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama