Xəzər dənizində itkin düşmüş salyanlı balıqçının cəsədi tapıldı - FOTO

img

10-06-2021 [09:17]


2 gün əvvəl Xəzər dənizinə balıq ovuna çıxaraq itkin düşmüş balıqçının cəsədi bu gün səhər yaşadığı Salyan rayonunun Xıdırlı kəndinin ərazisində sahildə tapılaraq sudan çıxarlıb.

Mia.az xəbər verir ki, özünə məxsus motorlu qayıqla açıq dənizə balıq ovuna getdikdən sonra əlaqəsi itmiş 28 yaşlı Salyan rayonunun Xıdırlı kənd sakini Xəlilov Xamis Fizuli oğlunun qayığı çevrilmiş halda dənizdən tapılsa da, özündən xəbər olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu.

Balıqçının cəsədi bu gün səhər sahildəki qamışlıq ərazidən tapılaraq müayinə olunmaq üçün Qaradağ rayonun məhkəmə- tibbi ekspertizasına təhvil verilib.

İlkin ehtimala görə,mühərriki işlək vəziyyətdə olan qayıq suya yıxılan balıqçının üzərindən keçib və bu zaman onun  başına ağır xəsarət yetiri. Nəticəıdə belə faciəli hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədobv,

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA