Rusiya ilə Türkiyə arasında Qarabağla bağlı müzakirə aparılıb

img

09-06-2021 [18:51]


İyunun 8-də Rusiya ilə Türkiyə xarici işlər naziri müavinləri arasında Moskva şəhərində məsləhətləşmələr aparılıb.

Rusiya XİN-dən verilən məlumata görə, Suriya, Qarabağ, Yaxın Şərq kimi münaqişələrin həllilə bağlı siyasi məsələlər müzakirə olunub. Münaqişə bölgələrində gərginlik mənbələrini aradan qaldırmaq, davamlı atəşkəsə nail olmaq, əlaqəli şəkildə humanitar yardımları artıraraq qaçqınları geri qaytarmaq istiqamətində əlavə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin Qarabağda bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət edən birgə mərkəzin fəaliyyəti yüksək qiymətləndirilməklə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması üçün işlərin davam etdirilməsi qərarlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA