ABŞ Dövlət katibinin köməkçisi İçərişəhərdə - FOTOLAR

img

09-06-2021 [16:27]


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi İçərişəhəri ziyarət edib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Bakının əzəmətli tarixi abidələrdən biri olan İçərişəhəri ziyarət etmək şansını əldən verməyib.

Öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar Sarayını və İçərişəhərinin digər tanınmış yerlərini ziyarət etdi. Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən səfir Riker növbəti səfər zamanı Küləklər şəhərini kəşf etməsinə daha çox vaxt sərf edəcəyinə umid edir".

F.Riker İçərişəhərdə təndir çörəyinin də dadına baxıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA