Azərbaycan və Pakistan generalları bir arada: "Birgə əməliyyat təlimlərinin planlaşdırılması və..."

img

09-06-2021 [16:18]


İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA