Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

img

09-06-2021 [15:49]


Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yarışda ölkəni 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı 9 - 13 iyunda təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA