Azərbaycana gələn Türkiyə və Rusiya vətəndaşlarından nə tələb olunacaq? - Xidmət rəisindən açıqlama

img

09-06-2021 [10:02]


Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açıqlama verib.

Bildirib ki, Azərbaycana səfər edən yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur:

"Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA