Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistanda görüşlər keçirir - FOTO

img

08-06-2021 [18:34]


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir.

Mia.az xəbər verir ki, Pakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Admiral Məhəmməd Amcad Xan Niyazi Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Geniş tərkibdə davam edən görüşdə Pakistan HDQ-nin strukturu, əməliyyat imkanları, regional və daxili təhlükəsizlik mühiti, eləcə də qarşında duran tapşırıqlar barədə brifinq təqdim olunub, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA