Baş nazir: "Gürcüstan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır"

img

08-06-2021 [18:31]


Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi qlobal pandemiya, həmçinin ötən il Ermənistan və Azərbaycan arasında baş vermiş müharibə səbəbindən təxirə salınmışdı.

Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin parlamentə təqdim etdiyi hesabatda bildirilib.

Qeyd edilib ki, Gürcüstan yaxın gələcəkdə prosesin bərpası üçün müvafiq işlər görməyə tam hazırdır.

“Komissiyaların iclasları, delimitasiya və demarkasiya prosesi davam etməlidir”, - sənəddə vurğulanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA