ABŞ dövlət katibinin köməkçisi Bakıya gəldi: nələr müzakirə olunacaq?

img

08-06-2021 [14:39]


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfərə gəlib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ikigünlük səfər çərçivəsində F.Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, F.Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub, ölkə rəhbərliyi ilə danışıqlar aparıb. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA