Bu xəstəxanalarda qanunsuzluq üzə çıxdı - Baş Prokurorluqdan reaksiya + SİYAHI (Yenilənib)

img

08-06-2021 [15:07]


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bildirilib ki, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon Prokurorluqlarına göndərilib. "Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

***

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir.

Agentlikdən Mia.az-a verilən məlumata görə, yoxlamalar zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanası, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, Göygöl Rayon Xəstəxanası, Samux Rayon Xəstəxanası, Biləsuvar Rayon Xəstəxanası və Lənkəran Rayon Xəstəxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA