Putin Avropa Şurasının rəhbəri ilə bir arada: Qarabağla bağlı müzakirə aparılıb

img

07-06-2021 [19:55]


Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə Qarabağ məsələsini müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib.

“İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib. Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib”, - məlumatda deyilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA