İtaliyanın Azərbaycandakı səfirliyi: "Xəbər bizi həqiqətən kədərləndirdi"

img

04-06-2021 [18:47]


İtaliyanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda onları daşıyan avtomobilin minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə səfirlik feysbuk səhifəsində paylaşım edib.

“Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək həlak olması xəbəri bizi həqiqətən kədərləndirdi. Hadisə ilə bağlı onların yaxınlarına səmimi qəlbdən başsağlığı veririk”, – səfirlik qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA