Şəhid Orxan Yusubov Gəncədə dəfn olundu

img

04-06-2021 [14:28]


Şəhid əsgər Orxan Yusubov Gəncədə dəfn olunub.

Mia.az xəbər verir ki, o, Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ruhu şad olsun!

***

Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubovla Gəncə şəhərində vida mərasimi keçirilir.

Mia.az xəbər verir ki, şəhid hərbçinin nəşi Gəncədə yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA