Avropa qapılarını bu ölkələrə açır - Siyahı

img

03-06-2021 [17:59]


Avropa İttifaqı üzv ölkələrinə koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığı üçün vətəndaşlarının girişinə icazə verilməsi tövsiyə olunan ölkələr siyahısına Yaponiya da əlavə olunub.

Bu barədə Aİ Şurasının açıqlamasında bildirilir. Siyahıda Avstraliya, Cənubi Koreya, Çin, İsrail, Ruanda, Sinqapur, Tailand, Yeni Zelandiya yer alır. Bu ölkələr qarşılıqlı olaraq sərhədlərini Aİ vətəndaşlarının üzünə açmalıdır.

Sözügedən siyahı tərtib edilərkən rəhbər tutulan meyarlar arasında cari epidemioloji vəziyyət, o cümlədən son 14 gün ərzində yeni yoluxmaların sayı, koronavirusun yayılmasına qarşı görülən tədbirlər, habelə iqtisadi və sosial mülahizələr də var.

Qeyd edək ki, həmin siyahı məcburi yox, sırf tövsiyə xarakteri daşıyır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA