Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

img

03-06-2021 [15:38]


“Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq polis gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Xidmət rəisi qeyd edib ki, ictimai asayişin, insanların təhlükəsizliyinin qorunması və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün bütün zəruri tədbirlər aparılır:

“Bu işlər beynəlxalq idman yarışının davam etdiyi müddətdə də həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan Qran-pirisi 4-6 iyunda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA