Rusiya kəşfiyyatının rəhbəri İlham Əliyevə məktub göndərdi: "Kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyət..."

img

03-06-2021 [14:59]


Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edərək Sizə ölkələrimizin xüsusi xidmət orqanlarının kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiya və Azərbaycanın qardaş xalqlarının təhlükəsizliyinin təminatına və milli maraqlarının qorunmasına etibarlı zəmanət olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA