İtkin düşmüş daha üç hərbçimizin şəhid xəbəri gəldi - FOTO (YENİLƏNİB)

img

03-06-2021 [10:24]


Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Mia.az xəbər verir ki, bu, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Eldəniz Verdiyevdir

E.Verdiyev Göygöl rayon Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

***

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha iki hərbçisinin nəşi tapılıb.

Mia.az xəbər verir ki, səkkiz aydır itkin düşən Gəncə şəhər sakinləri Elvin Mustafayev və Orxan Yusubovun şəhid olduğu məlum olub.

Hər iki şəhid Gəncə şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Mustafayev Elvin Fəxrəddin oğlu 1992-ci ilin mart ayının 14-də anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət edirdi.

Yusubov Orxan Allahverdi oğlu 1992-ci ilin yanvar ayının 19-da Gəncə şəhərində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan O.Yusubov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. O.Yusubov Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA