ÜST koronavirusun yeni ştammlarının adlarını dəyişdirib

img

01-06-2021 [17:12]


SARS-CoV-2 koronavirusunun yeni ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılacaq.

“Euronews” xəbər verir ki, bu qərar bütün dünyadan olan mütəxəssislərlə məsləhətləşmələrdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilib.

Hazırda koronavirusun yeni variantları ilk dəfə aşkar olunduqları və yayıldıqları ölkələr üzrə coğrafi adlar daşıyır. ÜST bunu ləkələyici və ayrı-seçkilik yaradan sistem hesab edir. Belə ki, bu cür adlandırma əsassız mənfi təsəvvürlər yarada bilər. Məhz bu səbəbdən SARS-CoV-2 koronavirusu daha "Çin koronavirusu" adlandırılmır.

Beləliklə, bundan sonra “Britaniya” ştammı “Alfa”, Cənubi Afrika ştammı “Beta”, Braziliya ştammı “Qamma”, Hindistan ştammı “Delta” adlandırılacaq.

ÜST hesab edir ki, bu cür adlandırma yadda saxlama və səsləndirmə baxımından aydın, dəqiq və asandır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA