Almaniyadan deportasiya qərarına etiraz edən azərbaycanlı ülgüclə damarlarını doğrayıb: "Vəziyyəti ağırdır" 

img

01-06-2021 [13:39]


Almaniyadan deportasiya ediləcək şəxs özünə xəsarət yetirib.

Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.

O, deportasiyaya etiraz edərək, ülgüclə qol damarlarını kəsib. Hadisə yerinə təcil yardım çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, İ.Ələkbərovun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, növbəti günlərdə də Almaniyadan azərbaycanlıların kütləvi deportasiyayı nəzərdə tutulur. Bu məqsədlə Almaniyada sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslər polis və miqrasiya idarəsinin müşayiəti ilə Düsseldorf və Münhen hava limanlarının yaxınlığındakı xüsusi mərkəzlərə gətirilirlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA