Azərbaycan ordusunun generalı Türkiyədə - FOTOLAR

img

31-05-2021 [16:29]


Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərinə gəlib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində təlimdə iştirak edən ölkələrin HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

General-leytenant R.Tahirov hərbi aviasiya sərgisində nümayiş etdirilən müasir pilotsuz uçuş aparatları və hərbi aviasiyada istifadə olunan ən yeni texnoloji avadanlıqlarla tanış olub.

HHQ komandanı təlimə cəlb olunan Azərbaycan Ordusunun nümayəndələri ilə görüşüb və onlara təlimdə uğurlar arzulayıb.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA