Gürcüstanın Azərbaycandakı səfirliyi sərhədlərin açılması ilə bağlı məlumat yaydı

img

31-05-2021 [12:19]


Sabahdan Azərbaycanda olan Gürcüstan vətəndaşları əvvəlcədən qeydiyyatdan keçmədən ölkələrinə qayıda biləcəklər.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, iyunun 1-dən etibarən Gürcüstan vətəndaşları ölkənin quru sərhədləri ilə rahatlıqla öz ölkələrinə qayıda biləcəklər.

Səfirlik Gürcüstana daxil olan şəxslərə son 72 saat ərzində əldə edilmiş PZR analizinin mənfi nəticəsini göstərən sənəd əldə etmələrini tövsiyə edib.

Qeyd edək ki, Gürcüstana daxil olan şəxslər ölkədə olmalarının 3-cü günündə yenidən öz hesablarına PZR testi verməlidirlər.

Xatırladaq ki, Gürcüstan iyunun 1-də ölkənin quru sərhədlərini açacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA