MN: "Türkiyə və Azərbaycan Silahlı Qüvvələri birlikdə hər cür tapşırığı yerinə yetirə biləcək gücdədir"

img

31-05-2021 [11:47]


"Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində və təlim sahəsində dəstək verməyə davam edirik".

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə icra etdikləri təlimlərdə veriləcək hər cür tapşırığı yerinə yetirə biləcək gücdə olduğunu göstərməkdədir.

P. Kara, bu yaxınlarda Azərbaycana 5 minatəmizləmə maşınının göndərildiyini də xatırladıb.

““İki dövlət, tək millət” anlayışı ilə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”, - deyə Nazirlik rəsmisi vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA