TƏBİB-in qarşısında aksiya - Əlillik təyinatları ilə bağlı

img

31-05-2021 [11:29]


Bir neçə əlilliyi olan şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayiş etdirirlər.

Mia.az xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub.

TƏBİB-dən “Report”a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilir.

Vətəndaşlara məlumat verilib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır: “Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA