Amerikalı bloger: “Ağdam şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”

img

30-05-2021 [13:47]


“Ağdam şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”.

Bunu bu gün "Show Me Azərbaijan" layihəsi çərçivəsində Ağdamda səfərdə olan ABŞ-dan olan bloger və yotuber Dak Barner bildirib.

D. Barner deyib ki, ona Ermənistanın işğalı dövründə Ağdam şəhər Cümə məscidində heyvan saxlanıldığı barədə məlumat verilib: “Bu, çox məyusedicidir. Biz məsciddə yenidənqurma və bərpa işlərinin aparılacağına dair məlumatlarla da tanış olduq”.

Bloger qeyd edib ki, Ağdam şəhərində artıq yenidənqurma işlərinə başlanılması çox sevindirici haldır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA