Qarabağdakı sülhməramlıların polkovniki: "Atəşkəs pozulmayıb..."

img

29-05-2021 [13:42]


Rusiya sülhməramlıları Qarabağda atəşkəsin pozulması və Rusiya hərbçilərinə qarşı hər hansı bir təxribat halını qeydə almayıblar.

Bunu jurnalistlərə açıqlamasında bölgədəki sülhməramlı kontingentin nümayəndəsi polkovnik Dmitri Perepelkin bildirib.

O qeyd edib ki, rusiyalı minaaxtaran və mühəndis qrupları tərəfindən ərazinin minalardan təmizlənməsi işi davam etdirilir.

“Bugünədək 1844 bina, 657 km yol, 2121 hektar ərazi yoxlanıb. 25 613 partlayıcı maddə aşkar edilərək məhv olunub”, – deyə polkovnik əlavə edib/Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA