Əli Əsədov Belarusda: Baş nazirlər görüşdü + FOTO

img

28-05-2021 [11:19]


Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib. Görüş zamanı R.Qolovçenko Azərbaycanın Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.

Gün ərzində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iclas iştirakçılarını qəbul edəcəyi gözlənilir. Daha sonra isə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA