ABŞ dövlət katibindən Azərbaycanla bağlı - Açıqlama

img

28-05-2021 [10:56]


ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin iqtisadi, enerji və təhlükəsizlik sahələrində Azərbaycanla 30 illik tərəfdaşlığını qiymətləndirdiyini bildirib.

Mia.az xəbər verir ki, bu barədə E.Blinkenin 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı bəyanatda deyilir: “Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji diversifikasiyasına verdiyi əhəmiyyətli töhfələri tanıyırıq. İnsan haqlarına və əsas azadlıqlarına, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü, daha dərin əlaqələr qurmaq üçün vacibdir"

“Amerika Birləşmiş Ştatları, həmçinin minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında mübadilə yolu ilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir”, – E.Blinken əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA