ERMƏNİSTANDAN ŞOK QƏRAR: Qafan, Mehri və Texdəki bəzi torpaq sahələri Rusiya FTX-yə verildi

img

27-05-2021 [17:00]


Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Qafan, Mehri və Gorus rayonunun Tex kəndində bəzi torpaq sahələrinin ödənişsiz əsaslarda istifadə üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə verilməsinə dair qərar qəbul edilib.

“Sputnik Armeniya” agentliyi xəbər verir ki, bu qərarın qəbulu Ermənistanın cənub-şərq sərhədlərinin gücləndirilməsi ehtiyacı ilə əsaslandırılıb.

Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra, Ermənistanın cənub-şərq sərhədlərinin gücləndirilməsinə ehtiyac yaranıb və məhz bu məqsədlər üçün lazımi torpaq sahələri ayrılıb.

Qərar müzakirə olunmadan qəbul edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA