"Biz sarsılmaz strateji tərəfdaşlığımızı və dostluq münasibətlərimizi..." - Qaribaşvili İlham Əliyevə məktub göndərdi

img

27-05-2021 [16:53]


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Gürcüstan Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və uğurlar diləyirəm.

Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bizim ümumi səylərimizlə ölkələrimiz arasında səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələri uğurla inkişaf edir. Biz sarsılmaz strateji tərəfdaşlığımızı və dostluq münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik, bu da ölkələrimiz arasında tərəqqi və rifahın möhkəmlənməsinə töhfəsini verəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizə dərin ehtiramımı ifadə edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA