Ermənistan MN 6 erməni hərbçinin əsir alındığını təsdiqlədi

img

27-05-2021 [10:30]


Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 6 erməni hərbçinin zərərsizləşdirilərək saxlanılması barədə məlumatı təsdiqləyib.

Mia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA